22 C
Baku
Thursday, April 25, 2024

Bu ilin ilk rübündə özəlləşmədən büdcəyə 9 mln. manat daxil olub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin 3 ayı ərzində 19 hərrac keçirilib. Hərraclarda 10 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 174 nəqliyyat vasitəsi özəlləşdirilib.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Nazirlikdən verilən məlumata görə, bu ilin yanvar-mart ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 122 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 42 onlayn qoşulma reallaşıb. Həmçinin, cari ilin ilk rübü ərzində hərrac vasitəsilə 6 faydalı qazıntı yatağı istismara verilib.

Bu dövrdə özəlləşdirilmiş müəssisələrə ümumilikdə 7.5 mln. manata yaxın investisiya qoyuluşu həyata keçirilib və 1 müəssisənin (“Sumqayıt Tikinti Xidmət” ASC) dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi keçirilib.

2022-ci ilin ilk rübü ərzində özəlləşmədən dövlət büdcəsinə daxilolmalar 8.8 mln. manata yaxın olub.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər