8 C
Baku
Monday, November 18, 2024

Bu ilin ilk yarısında 84 mindən çox şəxs işlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-iyun aylarında 203.1 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 84.4 min nəfərin münasib işlərlə təminatı həyata keçirilib. 1.9 min şəxs isə özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə təmin olunub.

Qeyd olunan dövrdə Agentlik tərəfindən 8.5 min nəfər işsiz və işaxtaran şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 108.3 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər