14 C
Baku
Cümə, Oktyabr 22, 2021

Bu ilin ilk yarısında Azərbaycandan Gürcüstana 9 mln. dollardan çox pul köçürülüb

faizlere

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 9 mln. 128 min. dollar həcmində pul köçürülüb.

APA-nın yerli bürosunun Gürcüstanın Milli Bankına istinadla verdiyi məlumata görə, təkcə iyun ayında Azərbaycandan qonşu ölkəyə 1 mln. 607,1 min dollar həcmində pul köçürmələri həyata keçirilib.

Bu ilin ilk yarlm ilində Gürcüstandan Azərbaycana isə 5 mln. 739,7 min. dollar, ötən ay isə 1 mln. 5,4 min. dollar köçürülüb.

Yanvar-iyun aylarında qonşu ölkəyə xarici ölkələrdən ümumilikdə 744 mln. 194,5 min dollar köçürülüb. İyun ayında pul köçürmələrinin məbləği isə 135,1 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 14,8% çoxdur.

Cari ilin ilk yarım ilində Gürcüstana ən çox pul köçürmələri 214 mln. 105,6 min dollar olmaqla Rusiyadan daxil olub.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər