8 C
Baku
Sunday, November 17, 2024

Bu ilin pensiya, müavinət, təqaüdlər üzrə əhaliyə 3 mlrd. 941 mln. manat ödənilib

2023-cü ilin yanvar-iyun aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 695 mln. manat və ya 21.4 faiz çox olmaqla 3 mlrd. 941 mln. manat ödənilib.

ƏƏSMN-dən verilən xəbərə görə, reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2023-cü ilin əvvəlindən müavinət və təqaüdlər növbəti dəfə artırılıb, minimum pensiya fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb.

2022-ci ildə pensiyaçılara verilən maddi yardımlar da bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib və bu artım edildikdən sonra həmin pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olmaqla 14.7 faiz indeksləşdirilərək artırılıb.

Həmçinin 2023-cü il üçün ehtiyac meyarının həddi artırılaraq 246 manata çatdırılıb ki, bu da ünvanlı sosial yardımın məbləğlərinin növbəti dəfə artması ilə nəticələnib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər