1 C
Baku
Saturday, December 14, 2024

Bu ilin sonunda “Şəfəq-Asiman” perspektiv strukturu üzrə ilk kəşfiyyat quyusunun qazma işlərinə başlanılacaq

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” perspektiv strukturu üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir.

Report agentliyi xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı hesabatda qeyd edilib.

Məlumatda deyilir ki, bu ilin sonlarında qazma işlərinə başlanması nəzərdə tutulur.

Xatırladaq ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50%-dir. Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.

Son xəbərlər
Digər xəbərlər