10 C
Baku
Thursday, December 12, 2024

Bu ilin üç ayında Avropada qazın qiyməti 17 faiz ucuzlaşıb

Avropada qazın qiyməti 2024-cü ilin yanvar-mart aylarında təxminən 17 faiz ucuzlaşıb.

Hazırda London ICE birjasında min kubmetr qazın qiyməti 306 dollar təşkil edir.

Ucuzlaşma havaların isti keçməsi, anbarlarda qaz səviyyəsinin yüksək olması və Avropa İttifaqında qaza tələbatın azalması ilə izah olunur.

2023-cü il dekabrın 29-da qazın qiyməti min kubmetr üçün 367 dollar olduğu halda, martın 28-də 306 dollara enib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 17 faiz aşağıdır.

Qeyd edək ki, Avropada min kubmetr qazın orta qiyməti dekabrda təxminən 408 dollar, yanvarda 337 dollar, fevralda 288 dollar, martda isə 302 dollar (38 faiz ucuz) olub.

Hazırda Aİ-nin yeraltı anbarlarında ilin bu dövrü üçün rekord səviyyədə – 59 faiz qaz var. Avropa ölkələri qaz anbarlarını hələ isitmə mövsümünün əvvəlinədək 99,63 faiz doldurmuşdu. Bundan başqa, 2024-cü ildə Avropa İttifaqının elektrik enerjisi istehsalında külək generasiyasının payı da 2023-cü ilə nisbətən yüksəlib.

Son xəbərlər
Digər xəbərlər