7 C
Baku
Thursday, December 12, 2024

Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb

Çin yanvar-mart aylarında Rusiyadan 28,5 milyon ton neft idxal edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə təqribən 13 faiz çoxdur.

Rusiya 2024-cü ilin ilk üç ayında Çinə qiymətlə ifadədə təxminən 13,8 milyard dollarlıq neft ixrac edib. Bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 17,9 faiz artıb. Rusiyadan bu ölkəyə neft tədarükü Çinə ixracın ümumi dəyərinin 43 faizinə bərabər olub.

Mart ayında Çin Rusiyadan 10,8 milyon ton neft idxal edib ki, bu da fevral ayı ilə müqayisədə 18,8 faiz çoxdur. 2023-cü ildə iki ölkə arasında neft ticarəti öncəki ilə nisbətən 24 faiz artaraq 107 milyon tona çatmışdı.

ÇXR Baş Gömrük İdarəsinin məlumatlarına görə, hazırda Rusiya Çinə ən böyük neft tədarükçüsüdür. Siyahıda ikinci yeri Səudiyyə Ərəbistanı (19,8 milyon ton), üçüncü yeri isə İraq (15,6 milyon ton) tutur.

Son xəbərlər
Digər xəbərlər