13 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Bu ilin yanvar ayında adambaşına düşən ərzaq xərci açıqlandı

2019-cu ilin yanvar ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi  293,8 manat olub ki, bu da 2018-ci ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 8,1 manat çoxdur.

Banker.az Dövlət Statistika Komitəsinə istinad edərək bildirir ki, ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 147,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,2 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

Qeyd edək ki, ötən ilin  müvafiq dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 144,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,4 manatlıq qeyri-ərzaq məhsulları istehlak olmuşdur.

 

Son xəbərlər
Oxşar xəbərlər