Bu ilin yanvar ayında ölkəmizə 74 057 əcnəbi gəlib. Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 105% çoxdur. Belə ki, 2021-ci ilin yanvarında ölkəyə 36 115 turist gəlmişdi.
Lakin pandemiyadan əvvəlki dövrlə, yəni 2019-cu illə müqayisədə ölkəyə gələn əcnəbilərin sayı hələ də 61% azdır. 2019-cu ilin yanvarında Azərbaycana 191 424 nəfər əcnəbi daxil olmuşdu.
Ölkələr üzrə statistikaya nəzər saldıqda ən çox əcnəbi Rusiya, Türkiyə, İran, Gürcüstan və Səudiyyə Ərəbistanından gəlib. Rusiyadan 26 131, Türkiyədən 17 838, İrandan 9 589, Gürcüstandan 4 111, Səudiyyə Ərəbistanından isə 3 072 nəfər ölkəyə səfər edib.