13 C
Baku
Friday, April 19, 2024

“Bu iqtidar faizləri artırmayacaq” – Ərdoğan

“Heç kim bizdən bunu gözləməsin, bu iqtidar faizləri artırmayacaq, əksinə, faizləri aşağı salmağa davam edəcəyik”.

Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu keçirdiyi iclasdan sonra jurnalistlərə açıqlama verən prezident Rəcəb Tayyib Ərdoğan deyib.

“Hər dəfə siyasi və iqtisadi cəhətdən öz yolumuzu cızmağa cəhd etdikdə özümüzü çevrilişlərin, qeyri-sabitliklərin və böhranların ortasında tapdıq. Böyük demokratiya və inkişaf həmləsi sayəsində nəhayət, öz hədəflərimizi təyin edib həyata keçirə biləcəyimiz bir mühitə çatdıq. Artıq Türkiyə öz siyasi və təhlükəsizlik prioritetlərini müəyyən edib həyata keçirə bilən müstəqil ölkədir. Öz iqtisadi və sosial proqramlarını həyata keçirə bilən güclü bir ölkədir. Sivilizasiyasını, tarixi mirasını dərk etmiş, bunun tələb etdiyi humanitar mövqeyi hər sahədə nümayiş etdirə bilən bir ölkədir”.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər