Bu işə baxmaq yol polisinin səlahiyyətinə verilir: 100-dən 2000 AZN-dək

İnzibati Xətalar Məcəlləsindəki daha bir maddə Dövlət Yol Polisinin səlahiyyəti siyahısna salınıb.

Banker.az xəbər verir ki, bu barədə Prezidentin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında yeni 13 apreldə imzaladığı fərmanında deyilir.

Həmin fərmanda, İXM-dəki, 211 maddə barədə inzibati xətalara baxma səlahiyyəti DYP-nin səlahiyyətində olacaq. Həmin maddədə isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları