-1 C
Baku
Saturday, December 14, 2024

Bu işçilərin qulluq keçməsi ilə bağlı qaydalar dəyişdi

“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, miqrasiya orqanlarında sınaq müddəti müəyyən edilmiş şəxslər vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq və həmin müddətdə yalnız vəzifə maaşı alacaqlar.

Layihədə qeyd edilib ki, ilk dəfə miqrasiya orqanlarına qulluğa qəbul edilən şəxslər üçün daxil olduqları vəzifədən və hazırlıq səviyyələrindən asılı olaraq 3 aydan 6 aya qədər sınaq müddəti (kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluğa qəbul edilən şəxslər üçün yalnız üç aylıq sınaq müddəti) müəyyən edilir.

Miqrasiya orqanlarında sınaq müddəti müəyyən edilmiş şəxslər vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq və həmin müddətdə yalnız vəzifə maaşı alacaqlar.

Layihədə qeyd edilib ki, ilk dəfə miqrasiya orqanlarına qulluğa qəbul edilən şəxslər üçün daxil olduqları vəzifədən və hazırlıq səviyyələrindən asılı olaraq 3 aydan 6 aya qədər sınaq müddəti (kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluğa qəbul edilən şəxslər üçün yalnız üç aylıq sınaq müddəti) müəyyən edilir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər