“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlar “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğunlaşdırılıb.
Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Adıçəkilən Qanuna 1 nömrəli əlavə – “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 11-ci maddəsinə edilmiş dəyişikliklə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması işləri üçün lisenziya tələbi ləğv edilir.