19 C
Baku
Şənbə, Sentyabr 25, 2021

Bu ixtisasın tələbələrinin təqaüdləri artırıldı – Məbləğ

Screen Shot 2021 09 02 at 14.34.20

Kənd təsərrüfatı ixtisaslarını seçən tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.

Banker.az Kənd Təsərüffatı Nazirliyindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasının qərarına əsasən, 2021-2022-ci tədris ilində qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 150 manat, 500 və daha çox bal toplayanlara isə 250 manat əlavə təqaüd veriləcək. Buna qədər qeyd olunan kateqoriyadan olan tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüd ödənilirdi.

Elmi Şuranın digər qərarına əsasən, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 100 manat, imtahan sessiyaları zamanı altı fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 150 manat əlavə təqaüd verilməsi nəzərdə tutulur. 2021-ci ilədək analoji kateqoriya tələbələrə müvafiq olaraq 70 və 100 manat əlavə təqaüd verilib.

 

 

 

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər