Nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümünələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb. Müəyyən olunan konkret faktlar üzrə AQTA tərəfindən qanunamüvafiq tədbirlər görülür. Həmçinin Yeni Zelandiya, Çin, Özbəkistan, Rusiyadan idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına xəbərdarlıq məktubları ünvanlanıb. Qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Banker.az xəbər verir ki, uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:
Məhsulun adı | İstehsal və son istifadə tarixi | Mənşə ölkəsi | İstehsalçı |
Uyğunsuzluq |
Kərə yağı | 04.09.2024
– 03.09.2026 |
Yeni Zelandiya | “Fonterra Limited” |
Kampesterin |
Nərə kürüsü | 13.02.2025
– 13.08.2025 |
Çin | “QUZHOU XUNLONG AQUATIC FOOD SCI-TECH DEVELOPMENT CO., LTD” |
Qurğuşun (Pb) |
Araxis | 01.01.2025
– 01.01.2026 |
Özbəkistan | “Raise Production Business” |
Aflatoksin B1 |
Ərik qurusu | 28.11.2024
– 28.09.2025 |
Özbəkistan | “Muxlis Kemal Agro Export” |
Kükürd dioksidin kütlə payı |
Mal piyi | 28.12.2024
– 27.12.2026 |
Rusiya | “Bryansk Meat Company” |
Donuz əti DNT-si
|
Dondurulmuş donuz əti | 16.01.2025
– 06.01.2027 |
Rusiya | ОАО “Великолукский мясокомбинат” |
Sarkosporidium (ibtidai parazit)
|