Bu kafe ötən günlərdən qalmış dönəri təkrar emal edərək satırmış – AQTA

Naxçıvan Muxtar Respublikasının Babək şəhərində fəaliyyət göstərən kafedə ötən günlərdən qalmış dönərin təkrar termiki emala məruz qoymaqla satışının həyata keçirildiyi aşkarlanıb.

Muxtar Respublikanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Babək şəhərində fəaliyyət göstərən Süleymanzadə Xətai Məhərrəm oğluna məxsus kafedə gigiyenik qaydalara əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə və temperatur rejiminə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, ötən günlərdən qalmış dönərin təkrar termiki emala məruz qoymaqla satışının həyata keçirildiyi aşkarlanıb.

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafedə dönər xidməti məhdudlaşdırılıb.

b972cb7b 6147 34bc 9dc6 71ef999fc514 26a04086 ec0f 3ded 9bcc a6ad14d2c1e6 56cfea20 9f2f 380d b9d3 4458e4d63a8a 8b87f949 be8e 36ce 901d 4b5e9978152b