10 C
Baku
Wednesday, December 11, 2024

Bu kanallara lisenziya verildi

Noyabrın 30-da Audiovizual Şuranın iclası keçirilib.

İclasda peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınması məqsədilə “APAMARK” MMC, “Səhiyyə TV” MMC, “Aqro Televiziya və Radio” MMC və “ATV Plus” MMC tərəfindən Şuraya daxil olmuş müraciətlərə baxılıb.

Müraciət edən şirkətlər tərəfindən təqdim olunmuş sənədlər və onların məzmunu Şura üzvləri tərəfindən müzakirə olunub. Geniş müzakirələrdən sonra peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının “APAMARK” MMC-yə (televiziya redaksiyasının adı: “APA TV”), “Səhiyyə TV” MMC-yə (televiziya redaksiyasının adı: “Səhiyyə TV”), “Aqro Televiziya və Radio” MMC-yə (televiziya redaksiyasının adı: “Agro TV”) və “ATV Plus” MMC-yə (televiziya redaksiyalarının adları: “Vivace” və “ATV+Cinema”) verilməsi barədə müvafiq qərarlar qəbul edilib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər