12 C
Baku
Saturday, November 23, 2024

Bu kreditlərin əldə olunması asanlaşdırılıb

10 min manatadək güzəştli kreditlərin əldə olunması asanlaşdırılıb

Sahibkarlığın İnkişafı Fondundan verilən məlumata görə, bu məqsədlə SİF tərəfindən 10 min manatadək kredit ehtiyacı olan sahibkarlara münasibətdə yeniliyin tətbiqinə başlanılıb.

Fondla Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən görüşdə qeyd edilib ki, 10 min manatadək olan güzəştli kreditlərin əldə olunmasında əsas çətinlik sahibkarların investisiya layihələri üzrə fəaliyyət göstərəcəyi yerə dair sənəd təqdim edə bilməməsidir. Bu çətinliyin aradan qaldırılması məqsədilə kredit tələbatı 10 min manatadək olan və fəaliyyət göstərəcəyi yerə dair sənəd təqdim edə bilməyən sahibkarlar üçün həmin sənədi əvəz edəcək “Bildiriş forması” hazırlanıb. Bu forma sahibkarın müraciəti əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerlərdə fəaliyyət göstərən əməkdaşları (KOB Dostu) tərəfindən doldurulacaq və sahibkar tərəfindən müvəkkil kredit təşkilatına təqdim ediləcək. KOB Dostu sahibkarın fəaliyyət göstərdiyi yerə baxış keçirərək qeyd edilən yer və ya əmlakın maddi-texniki təchizatına dair məlumatları “Bildiriş forması”na əlavə edəcək və bu forma sahibkarın fəaliyyət göstərəcəyi yerə dair sənəd kimi qəbul olunacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər