Sentyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospektinin Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasında yerləşən hissəsində təmir işlərinə başlanılır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, təmir işləri yalnız gecə saatlarında icra olunacaq: “Təmir işlərinin həftəsonuna qədər (18 sentyabr) yekunlaşdırılması nəzərdə tutulur. Qeyd olunan müddət ərzində ərazidə tam deyil, qismən məhdudlaşdırma tətbiq olunacaq.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”.