26 C
Baku
Saturday, July 27, 2024

Bu məhsullara görə 41 mln. dollar valyuta xaricə gedib, əhali isə alışına 69 mln. manat xərcləyib

Bu ilin yanvar ayında əczaçılıq məhsullarına ölkədə xərclənən pul, həm də xaricdən alışı artıb.

Banker.az Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata istinadən xəbər verir ki, Azərbaycana yanvarda 41 milyon 958 min ABŞ dolları dəyərində 3 min 320 ton əczaçılıq məhsulları idxal olunub. İllik müqayisədə bu, 11 milyon  707 min ABŞ dolları (38.7%) və ya 1 717 ton çoxdur.

Qeyd edək ki, yanvar ayında əhali əczaçılıq məhsullarına 69 milyon manat xərcləyib. Bu göstərici də ötən illə müqayisədə 40.1% artıb.

Son xəbərlər
Digər xəbərlər