18 C
Baku
Monday, April 29, 2024

Bu məhsulların ixracı Azərbaycana 164 milyon dollara yaxın valyuta gətirib

2021-ci ilin ilk 7 ayı ərzində Azərbaycandan statistik dəyəri 134 milyon 954 min dollar olan 81 min 417 ton pambıq lifi ixrac edilib.

2020-ci ilin ilk 7 ayı ilə müqayisədə pambıq lifi ixracı dəyər ifadəsilə 1.9 dəfə, miqdar ifadəsilə 1.5 dəfə artıb. Ötən ilin eyni dövründə Azərbaycandan 71 milyon 595 min dollar dəyərində 53 min 309 ton pambıq lifi ixrac edilmişdi.

Həmçinin 2021-ci ilin yanvar-iyul dövründə Azərbaycandan 28 milyon 802 min dollar dəyərində 10 min 170 ton pambıq iplik ixrac edilib. Ötən ilin eyni dövründə 10 milyon 618  min dollar dəyərində 5 min 102 ton pambıq iplik ixrac edilmişdi.

Pambıq lifi və pambıq iplik ixracı nəticəsində ilk 7 ayda Azərbaycana 163 milyon 756 min dollar xarici valyuta daxil olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər