Bu məhsulların ixracına görə ölkəni $199 milyon xarici valyuta tərk edib

Azərbaycan bu ilin yanvar-may aylarında 199 milyon 740 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

Banker.az Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41 milyon 239 min ABŞ dolları və yaxud 31.8% çoxdur.

5 ay ərzində ixrac edilmiş əczaçılıq məhsulları isə 9 min 913 ton təşkil edib ki, bu da illik müqayisədə 117 ton 1.1% çoxdur.

Hesabat dövründə əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 4,55 %-ni təşkil edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.