22 C
Baku
Saturday, June 25, 2022

Bu məhsulun Azərbaycandan ixracı 115 milyon dollara çatıb

Yanvar-oktyabr aylarında Azərbaycandan 115 milyon dollarlıq polietilen və polipropilen ixrac edilib.

Bu ilin Yanvar-oktyabr aylarında Azərbaycandan 92 min 314 ton polietilen ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, hesabat dövründə ixrac olunan polietilenin dəyəri isə 60 milyon 430 min ABŞ dolları təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan 67 min 110 ton polipropilen ixrac edilib.

Hesabat dövründə ixrac edilən polipropilenin dəyəri isə 54 milyon 454 min ABŞ dolları olub.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi üzrə inşa olunan polipropilen zavodunun illik istehsal gücü 184 min tondur. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-dən polipropilenin ixracına başlanılıb.

Son xəbərlər
Oxşar xəbərlər