Bu ilin yanvar-fevral aylarında Azərbycanda 19.2 milyon manatlıq geyim istehsal olunub.
Banker.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Bildirilib ki, hesabat dövründə geyim istehsalı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% azalıb.
İlk iki ayda əhalinin geyimə xərclədiyi pul isə 997.5 milyon manat olub. Bu da illik müqayisədə 7.1% az olsada istehsalı üstəliyir.