8 C
Baku
Tuesday, March 19, 2024

Bu məhsulların ixracı Azərbaycana 308 milyon dollar valyuta gətirib

2021-ci ilin 9 ayı ərzində  (yanvar-sentyabr) Azərbaycandan statistik dəyəri 307 milyon 713 min dollar olan 313 min 890 ton plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin 9 ayı ilə müqayisədə Plastmassa və onlardan hazırlanan məmulatların ixracı dəyər ifadəsilə 2.5 dəfə artdı, miqdar ifadəsilə 2 dəfə artıb.

Ötən ilin eyni dövründə Azərbaycandan 122 milyon 435 min dollar dəyərində 164 min 876 ton Plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edilmişdi.

Son xəbərlər
Digər xəbərlər