15 C
Baku
Saturday, April 20, 2024

Bu məhsulların xaricə satışı Azərbaycana 140 milyon dollar valyuta gətirib

2022-ci ilin 4 ayı ərzində  (yanvar-aprel) Azərbaycandan statistik dəyəri 140 milyon 142 min dollar olan 134 min 68 ton plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin 4 ayı ilə müqayisədə Plastmassa və onlardan hazırlanan məmulatların ixracı dəyər ifadəsilə 14% artıb, miqdar ifadəsilə 4% azalıb.

Ötən ilin eyni dövründə Azərbaycandan 122 milyon 903 min dollar dəyərində 139 min 428 ton Plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edilmişdi.

Son xəbərlər
Digər xəbərlər