2021-ci ilin yanvarında Azərbaycan 6.9 milyon ABŞ dolları dəyərində ilkin formalı polietilen və 10.1 mln ABŞ dolları dəyərində polipropilen ixrac edib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.
Belə ki, ötən illə müqayisədə polietilen ixracı 41%, polipropilen ixracı isə 53% artıb.
Qeyd edək ki, 2020-ci ilin yanvar ayında isə Azərbaycan 4.1 milyon ABŞ dolları dəyərində ilkin formalı polietilen və 6.6 milyon ABŞ dolları dəyərində polipropilen ixrac edib.