15 C
Baku
Friday, May 3, 2024

Bu məsələni həll edənə 1 milyon dollar verirlər

Amerikan ictimai cəmiyyəti ötən çərşənbə axşamı Beal fərziyyəsinin isbatına və ya əks nümunənin tapılmasına görə mükafatı 1 milyon dollara qədər yüksəltdi. 

Fərziyyə

Əgər Ax +By =Cz olarsa, burada A, B,C, x, y, z— natural və x, y, z >2 olarsa, onda A,B, C -nin eyni ümumi sadə bölənləri vardır.

Yəni siz elə A, B, C rəqəmləri seçə biləsiniz onların ortaq bölənləri olmasın, onda 1 milyon dollar qazana biləcəksiniz

Amerikalı bankir, milyarder və riyaziyyat həvəskarı Andrew Beal öz fərziyyəsini 1993-cü ildə irəli sürüb. Hər kəs hipoteza irəli sürə bilər, amma bankir 1997-ci ildə bu fərziyyənin isbatına və ya təkzibinə (əks nümunənin tapılması) görə mükafat elan edərək, riyazi cəmiyyətin fərziyyəyə olan marağını qızışdırmağa müvəffəq olub. Mükafatın məbləği 5000 dollar idi, həmin vaxtdan bəri Beal mükafatı bir neçə dəfə artırıb və hazırda bu rəqəm 1 milyon dollar təşkil edir.

Məsələnin ən maraqlı və hiyləgər tərəfi ondadır ki, Beal fərziyyəsinin isbatı o, anlama gəlir ki, Fermin dahi teoremi əks isbat oluna bilər. Fermin dahi teoremi üzərində isə riyaziyyatçılar 1637-ci ildən bəri baş sındırırlar.

Diqqəti Beal fərziyyəsinin əks isbatı və ya əksini sübut edəcək nümunələrin tapılması üzərində cəmləmək olar. Bu günəcən alimlər fərziyyədəki hər bir rəqəmi ayrılıqda 1000-ə qədər dəyişərək yoxlayıb. Yəni uğurlu əks nümunədə dəyişən kəmiyyətlərdən heç olmasa biri 1000-dən yuxarı rəqəm olmalıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər