10 C
Baku
Tuesday, November 26, 2024

Bu məşhur brendlər də Rusiyadan gedir

“Zara”, “Zara Home”, “Massimo Dutti”, “Bershka”, “Oysho”, “Pull & Bear”, “Stradivarius” və “Uterqüe” kimi iri mağazalar şəbəkələrinin sahibi olan İspaniyanın “Inditex” şirkəti Rusiyadakı fəaliyyətini dayandırır.

Bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, şirkət 502 mağazasını (onlardan 86-sı “Zara”) bağlayır və onlayn satış həyata keçirməyəcək.

Məlumata görə, şirkətin ümumi mənfəətinin təxminən 8,5 faizi Rusiyanın payına düşür.

Şirkətin açıqlamasında deyilir ki, bütün mağazalar icarə əsasında fəaliyyət göstərir, ona görə də investisiya maliyyə baxımından cari maraq doğurmur.

Son xəbərlər
Digər xəbərlər