11 C
Baku
Monday, November 25, 2024

Bu malların idxalı gömrük rüsumlarından azad edilir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Gömrük tarifi haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılıb.

Qanun layihəsi ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur.

Qeyd olunub ki, həmin xammal və materialların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Son xəbərlər
Digər xəbərlər