26 C
Baku
Saturday, July 27, 2024

Bu marşrut xəttində ödəniş daha nağd olmayacaq

Müntəzəm marşrut xətləri üzrə avtobusların “BakıKart”a inteqrasiyası davam edir.

Bu barədə  Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verirb.

Sabahdan 216 nömrəli marşrut xətti (Balaxanı qəsəbəsi – “Koroğlu” m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Balaxanı qəsəbəsi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS- terminallar quraşdırılıb:

– Səfəvilər küçəsi 70;

– Gülüstan küçəsi 47A;

– Sabunçu qəs-Şəhər şosesi.

Son xəbərlər
Digər xəbərlər