Faiqoğlu şirkətinə məxsus olan marşrut xətləri üzrə internet xidməti dayandırılıb.
Banker.az bu barədə şirkətə istinadən xəbər verir.
Belə ki, şirkətdən bildirilib ki, istismarımızda olan marşrut xətləri üzrə sərnişinlərimizə göstərilən əlavə internet xidməti dayandırılıb. Təchizatçı şirkətlə bağlı yaranmış texniki problem səbəbindən hazırda ödənişsiz internet xidməti qeyri-aktivdir.