6 C
Baku
Sunday, December 15, 2024

Bu marşrut xətti “BakuBus”a verildi

Sərnişindaşımaların icrasında çatışmazlıqların aşkarlandığı müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması davam etdirilir. Nazirlər Kabinetinin 52 nömrəli qərarının tələbləri əsasında 139 nömrəli müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb.
Banker.az BNA-ya istinadən xəbər verir ki, 139 nömrəli müntəzəm marşrut xətti üzrə (“Savalan” yaşayış massivi –“Koroğlu” NMM) keçirilən müsabiqənin nəticələrinə əsasən “BakuBus” MMC qalib gəlib.
24.07.2023-cü il tarixindən bu xətt üzrə daşımalar müasir, sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslarla həyata keçiriləcək. Bu dəyişiklik sayəsində ümumilikdə marşrutdan istifadə edən 12000 nəfərdən artıq sakinin keyfiyyətli ictimai nəqliyyatdan istifadə imkanları təmin ediləcək və ictimai nəqliyyata əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.
Son xəbərlər
Digər xəbərlər