27 C
Baku
Thursday, July 17, 2025

Bu marşrut xətti üzrə avtobuslar yenilənəcək – Kartla ödənişə keçir

Binəqədi qəsəbəsi Cəfər Cabbarlı küçəsi ilə “Memar Əcəmi” metrostansiyasını birləşdirən 170 saylı müntəzəm marşrut xətti üzrə avtobuslar yenilənir.

İyulun 20-dən xətt üzrə “Xaliq Faiqoğlu” MMC sərnişinlərə xidmət göstərəcək. İlkin mərhələdə xətt üzrə “İsuzu Citibus” və “Daewoo BS90” markalı (ümumilikdə 15 ədəd) avtobuslar 8 dəqiqəlik intervalla test rejimində fəaliyyət göstərəcəklər.

Həmçinin qeyd edilən tarixdən xətt üzrə avtobuslarda elektron ödəniş sistemi (kartla) tətbiq ediləcək.

Qarşıdakı aylarda xətt üzrə bütün avtobusların yenilənməsi və intervalın daha da azaldılması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu ilin yanvar ayında keçirdiyi müsabiqənin nəticələrinə əsasən 170 saylı müntəzəm marşrut xətti “Xaliq Faiqoğlu” şirkətinin istismarına verilib. Şirkət hazırda Bakı şəhərinin ən böyük özəl daşıyıcısıdır.

Son xəbərlər
Digər xəbərlər