13 C
Baku
Thursday, May 16, 2024

Bu media orqanları 1000 manatadək cərimələnə bilər

Loqotipini Audovizual Şuranın razılığı olmadan dəyişdirən media orqanları cərimələnəcək.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə audiovizual media subyektlərinin redaksiyasının loqotipinin (embleminin) Audiovizual Şuranın razılığı olmadan dəyişdirilməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək, hüquqi şəxslər 800 manatdan 1 000 manatadək məbləğdə cərimə ediləcək.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər