Bu metal qızıldan dəyərlidir. Niyə?

0

Qiymətli metalların iyerarxiyasında qızıldan da dəyərli olanı var və bu, platindir. 

Lakin platin metalının dəyəri onun sadəcə qiymətli bir metal olması ilə məhdudlaşmır. Platin xüsusi xüsusiyyətləri müasir iqtisadiyyat, ekologiya, insan sağlamlığı üçün əvəzolunmazıdır. Bu xüsusiyyətlər hansılardır?


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

İstehsal

Platinin istehsaldakı universallığı 1980-cı illərdən bəri tələbatı dörd dəfə artırmışdır. Bu metalın katalitik xüsusiyyətləri gübrələrin istehsalı üçün çox vacibdir. Xüsusilə, ammiakın nitrat turşusuna çevrilməsində platinin səmərəliliyi son dərəcə əhəmiyyətlidir və bu, geniş miqyaslı gübrələrin istehsalına imkan yaradır.

REUTERS/Philimon Bulawayo

Platin katalizatorların köməyi ilə istehsal edilən azotun 90% ildə 190 milyon ton gübrənin istehsalında istifadə olunur. 

Səhiyyə

Platin zəhərli deyil və sabitdir. Tibbi alətlərin hazırlanmasında da məhz platindən istifadə olunur. Tibdə platinin istifadəsi 1874-cü ildən, artroskopik alətlərdə başlamışdır. Eyni zamanda, platin kardiostimulyatorlar və eşitmə cihazları üçün idealdır. 

Platinin birləşmələri (sisplatin) xərçəng hüceyrələrini məhv edərək, bir sıra onkoloji xəstəliklərə qarşı mübarizədə istifadə olunur. 

Ekologiya

Platin ətraf mühitin çirklənməsinə qarşı mübarizədə və enerjiyə qənaət edən şüşə təbəqəsinin yaradılmasında mühüm rol oynayır. Bu metal katalitik neytrallaşdırıcıların və yüksək keyfiyyətli şüşənin istehsalında də istifadə olunur. 

Bərpa olunan enerji mənbələri

 Platinin katalitik xüsusiyyətləri havanın təmizlənməsi, bərpa olunan hidrogenin istehsalı və yanacaq elementlərində istifadəsi üçün əvəzedilməzdir. Suyu hidrogenə və oksigenə çevirmək üçün platin elektrodlardan istifadə olunur. 

Yanacaq elementləri emissiyasız nəqliyyat vasitələrində istifadə üçün nəzərdə tutulub.