3 C
Baku
Tuesday, January 27, 2026

Bu miqrantlara Rusiya vətəndaşlığı və yaşayış icazəsi verilməyəcək

Miqrant öz ölkəsində cinayət törədibsə, ona Rusiya vətəndaşlığı və yaşayış icazəsi (VNJ) verilməyəcək.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin hazırladığı qanun layihəsində qeyd olunub.

Qanuna layihəsində bildirilib ki, Rusiya vətəndaşlığına və ya VNJ almağa ərizə təqdim edərkən miqrantlardan cinayət keçmişinin olmaması haqqında arayış tələb olunması planlaşdırılır. Əcnəbidən müvafiq sənədi öz ölkəsində alması tələb olunacaq.

Daxili İşlər Nazirliyinin məlum qanun layihəsi Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Son xəbərlər
Digər xəbərlər