9 C
Baku
Friday, December 13, 2024

Bu müəssisə işçiləri əməkhaqlarının 20%-ni natura formada qəbul edə biləcək

“Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının normativlərinə dair Tövsiyələr barədə” Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli 109 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar qəbul edilib.

Banker.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov sənədi imzalayıb.

“Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının normativlərinə dair Tövsiyələr”in 2.7-ci bəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“İşçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin alkoqollu içkilər, 18 yaşına çatmamış işçilərə energetik içkilər, habelə tütün məmulatları, narkotik vasitələr, psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.”.

Qeyd edək ki, buna qədər bu bəndə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq işəgötürənlə işçi arasında bağlanmış əmək  müqaviləsinin şərtlərinə uyğun olaraq müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirən işçilərin əmək haqqı pul və ya natura  formasında ödənilə bilər.

İşçinin razılığı ilə əməkhaqqının 20 faizinə qədər dəyəri natura formasında müəssisədə istehsal edilən və məişətdə işlədilən gündəlik tələbat malları ilə (spirtli içkilər, tütün məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olmaqla) əvəz edilib verilə bilər” qeyd edilirdi.

Son xəbərlər
Digər xəbərlər