21 C
Baku
Friday, September 30, 2022

“Bu müqavilənin uzadılması bizim üçün heç vaxt mübahisəli məsələ olmayıb” – “Formula 1” ilə bağlı

“Bu, bizim hamımız üçün qürurverici hadisədir. Son bir neçə il ərzində paytaxt sakinlərinin arzuları gerçəkləşdi və biz Bakıdakı “Formula 1″ yarışlarının sadə bir ideyadan bu idmanın tarixində həyəcan və gərginliklə dolu ən maraqlı həftəsonu yarışlarından birinə çevrilməsinə hamılıqla şahid olduq”.

Bunu gənclər və idman naziri Azad Rəhimov “Formula 1” şirkəti ilə 2023-cü ilə qədər yeni müqavilənin imzalanması mərasimində deyib.

O, bildirib ki, hər il “Formula 1” üçün dünyanın dörd bir yanından Bakıya daha çox avtoidman həvəskarı təşrif buyurur: “Çox şadıq ki, dünya avtoidman ictimaiyyəti xüsusən Azərbaycan Qran Prisinə böyük maraq göstərir. Fürsətdən istifadə edərək cənab Çeyz Kerri başda olmaqla “Formula 1″də yer alan hər kəsə bizə bu uğurda göstərdikləri böyük dəstəyə görə xüsusi təşəkkürümü bildirirəm”.

A.Rəhimovun sözlərinə görə, müqavilənin uzadılması nəticəsində yerli və regional biznes qurumları “Formula 1″in qlobal platformasından daha çox faydalanmaq imkanına sahib olacaqlar. Digər tərəfdən, yarış həvəskarları daha çox əyləncə imkanı əldə edəcəklər: “Bunun nəticəsində biz öz kommersiya gəlirlərimizi maksimum artıra biləcəyik. Bu fürsətləri nəzərə alaraq deyə bilərəm ki, müqavilənin uzadılması bizim üçün heç vaxt mübahisəli məsələ olmayıb və böyük məmnuniyyətlə builki Qran-pri də daxil olmaqla, daha 5 yarışa evsahibliyi etməyə hazırıq”.

“Bakı ən çox şöhrət qazanmış yarış məkanıdır”

“Azərbaycan Qran-prisi “Formula 1″ təqvimində özünəməxsus yer tutur”.

Bunu “Formula 1” Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri bu gün Bakı Şəhər Halqası ilə 2023-cü ilə qədər nəzərdə tutulan yeni müqavilənin imzalanma mərasimində deyib.

O, bildirib ki, Azərbaycan Qran-prisi özünəməxsusluğu ilə seçilir: “2018-ci il mövsümü üçün araşdırma apardıq. Bakı ən çox şöhrət qazanmış yarış məkanıdır. Bunu azarkeşlər xüsusilə vurğulayırlar. 2019-cu il bizim üçün ecaskar görünür. Yeni pilotlar, başqa yeniliklər var. İrəliyə doğru addım atarkən keçmişi də unutmamalıyıq. “Formula 1″ sürətlə bağlı yarışdır. Burada güclü rəqabət təmin edilməlidir. Azərbaycanla tərəfdaşlığımızdan çox razıyıq və buna çox böyük dəyər veririk”.

Qeyd edək ki, yeni müqaviləyə Azərbaycan tərəfdən gənclər və idman naziri Azad Rəhimov imza atıb.

Report

Son xəbərlər
Oxşar xəbərlər