4 C
Baku
Friday, March 29, 2024

Bu nəqliyyat vasitələrinin hərəkəti üçün dövlət rüsumunun məbləği 50 manat olacaq

Yollarda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu təsdiqlənib.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu müəyyənləşdirilib. Bu hərəkət üçün dövlət rüsumunun məbləği 50 manat olacaq.

Son xəbərlər
Digər xəbərlər