-3 C
Baku
Sunday, December 15, 2024

Bu obyektlərinin su təchizatı sisteminə qoşulmasına görə ödəniş müəyyənləşdi

Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması qaydası müəyyənləşib.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su təchizatı və tullantı suları haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması və ya əlavə tələbatla bağlı qoşulma nöqtəsinin dəyişdirilməsi qoşulma müqaviləsi əsasında həyata keçiriləcək və sifarişçiyə qoşulma müqaviləsinin tərkib hissəsi olan texniki şərt veriləcək.

Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasına görə sifarişçi su təchizatı müəssisinə qoşulma xidmətinə görə ödəniş həyata keçirəcək.

Qoşulma xidmətinə görə ödəniş məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektləri üçün layihələndirməyə, tikinti quraşdırma işlərinə və mövcud şəbəkəyə su təchizatı və kanalizasiya müəssisələri tərəfindən fiziki qoşulmaya görə (istifadə olunan mal-materiallara çəkilmiş xərclər daxil olmaqla), sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektləri üçün isə sifarişçinin seçimi ilə su təsərrüfatı və kanalizasiya müəssisələri tərəfindən texniki şərtlərə uyğun olaraq layihələndirilməyə, tikinti-quraşdırma işləri və su təchizatı və kanalizasiya müəssisələri tərəfindən su təchizatı və tullantı sularının axıdılması sistemlərinə fiziki qoşulmaya görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdir.

Son xəbərlər
Digər xəbərlər