Azərbaycanda bir sıra sahələr üzrə ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Belə ki, 14 qanun layihəsinə “yalnız nağdsız qaydada həyata keçirilir” cümləsinin əlavə edilməsi təklif edilir. Belə ki, “Əmək pensiyaları haqqında”, “Turizm haqqında” “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında” “Məşğulluq haqqında” , “İcabari sığortalar haqqında” və.s qanunlara sözügedən dəyişiklik əlavə edilib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.