18 C
Baku
Tuesday, April 23, 2024

Bu ölkə ilk dəfə Ukraynaya “F-16”lar verəcək

Dünyada ilk dəfə olaraq Ukraynaya “F-16” qırıcıları Niderland krallığı tərəfindən tədarük ediləcək.

Bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak bildirib.

Onun sözlərinə görə, Niderlandın artıq istifadə etmədiyi 18 “F-16”sı mövcuddur: “Həmin qırıcılar Ukraynaya tədarük edilə bilər. Əvvəlcə, onların özəl şirkətlərə verilməsi planlaşdırılırdı, ancaq bu proses təxirə salınıb”.

Məlumata görə, Avropa İttifaqının yüksək rütbəli rəsmiləri Ukrayna hərbçilərinin bu ilin payızına kimi “F-16” qırıcıları qəbul edəcəyini istisna etməyiblər.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər