17 C
Baku
Thursday, May 23, 2024

Bu ölkədə COVID-19 pasportları mayın 1-dən ləğv ediləcək

İtaliyada COVID-19 pasportları mayın 1-dən ləğv ediləcək.

Bu barədə “Messaggero” qəzeti məlumat yayıb.

Bu sənəddən istifadə ictimai nəqliyyatda, eləcə də bir sıra qurumlarda tədricən azalacaq.

Qapalı yerlərdə maskaların məcburi taxılması aprelin 30-dək davam edəcək. Gələn aydan etibarən stadionun doluluq məhdudiyyəti aradan qaldırılacaq. Aprelin 1-dən yoluxmuş şəxslərlə təmasda olan şəxslər üçün karantin ləğv ediləcək. Yalnız yoluxmuşların özünü təcrid etməsi tələb olunur. Məcburi peyvənd yalnız tibb işçiləri üçün qalır.

Hökumət martın 31-də başa çatacaq fövqəladə vəziyyətin müddətini uzatmayacaq.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər