31 C
Baku
Saturday, July 20, 2024

Bu ölkədə doğum haqqında şəhadətnamə əvəzinə QR kodlu sertifikat veriləcək

Özbəkistanda 2023-cü ildən uşaqların qeydiyyatı üçün yeni prosedur tətbiq edilir. Belə ki, uşağın valideynlərinə möhürlü doğum haqqında şəhadətnamə əvəzinə QR kodlu arayış veriləcək.

Bu barədə cümə axşamı respublika Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının təkmilləşdirilməsi ilə bağlı hökumətin 28 sentyabr tarixli qərarına əsasən, doğumun qeydiyyatı tibb müəssisələri vasitəsilə aparılacaq. Tibb müəssisəsi tərəfindən QR kodlu doğum haqqında qeydiyyat şəhadətnaməsi veriləcək. QR kod möhürə bərabər sayılır. Dövlət orqanları və təşkilatlarının onu qəbul etməkdən imtinası qadağandır”, – məlumatda deyilir.

Mətbuat xidmətinin məlumatına görə, gələn il yanvarın 1-dən Daşkənddə, iyunun 1-dən isə respublikanın bütün bölgələrində uşaqların doğumunun qeydiyyatının yeni qaydası tətbiq olunacaq.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər