32 C
Baku
Tuesday, June 18, 2024

Bu ölkədə elektron siqaretlər qadağan edildi

Meksika prezidenti Andres Manuel Lopez Obrador ölkə ərazisində elektron siqaretlərin satışını qadağan edən fərman imzalayıb.

Banker.az xarici mətbuata istinadən xəbər verir ki, Meksika prezidentinin gündəlik mətbuat konfransı zamanı imzaladığı fərmanla “Tütünlə Mübarizə haqqında Meksika Ümumi Qanunu”na dəyişiklik edib. Bu tənzimləmə çərçivəsində yeni nəsil tütün məmulatları olan elektron siqaretlərin ölkə daxilində yayılması və satışı qadağan edilib.

Səhiyyə nazirinin müavini Hüqo Lopez Qatell deyib ki, yeni nəsil tütün məmulatlarının siqaretdən daha az zərərli olduğu iddiaları ilə istehlakı təşviq edilir. Lopez Qatell tütün şirkətlərinin bu cür məhsullarla, əsasən, gəncləri hədəf aldığını bildirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər