12 C
Baku
Sunday, October 27, 2024

Bu ölkədə pullar karantində saxlanılacaq

Küveytdə pullar azı dörd həftə karantində saxlanılacaq. Bu barədə ölkənin Mərkəzi Bankı məlumat yayıb.

Bu, onların vasitəsi ilə koronavirusun ötürülməsinin qarşısını almaq məqsədi ilə icra olunacaq.

Bundan əlavə, qeyd olunur ki, Küveytin Mərkəzi Bankı həm bank əməkdaşlarının, həm də əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə əskinasların saxlanılma yerini, hesablama, çeşidləmə və qəbul qurğularını daim sterilizə edir.

©Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər