17 C
Baku
Çərşənbə axşamı, Sentyabr 28, 2021

Bu ölkədə sentyabrdan 3-cü doza vaksinasiyasına başlanılacaq

Screen Shot 2021 09 02 at 14.34.20

Braziliyada sentyabrın ikinci yarısında koronavirus əleyhinə üçüncü doza vaksinasiyaya başlanılacaq.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Sentyabrın ikinci yarısından başlayaraq, iki dozanın tətbiqi arasındakı vaxtın azaldılması üçün COVID-19 üçün peyvəndlərin gücləndirici dozalarının, eləcə də “Pfizer” və “AstraZeneca” dərmanlarının paylanmasına başlanılacaq”, – Nazirliyin tvitter səhifəsində deyilir.

Əsasən azı altı ay əvvəl COVID-19 əleyhinə immunizasiya kursunu bitirmiş 70 yaşdan yuxarı insanların peyvənd edilməsi də planlaşdırılır.

Rəsmi statistikaya görə, ölkənin 55,7 milyona yaxın sakini koronavirusa qarşı tam peyvənd olunub, təxminən 124 milyon insan birinci dozada peyvənd olunub.

Braziliyada koronavirusa ilk yoluxma ötən il fevralın 26-da təsdiqlənib. Ölkə yoluxma sayına görə ABŞ və Hindistandan sonra dünyada üçüncü yerdədir (20,6 milyondan çox insan). Ölənlərin sayına görə isə (575 mindən çox) ABŞ-dan sonra ikinci yerdədir.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Unikal.org
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər