27 C
Baku
Saturday, July 27, 2024

Bu ölkədən idxala məhdudiyyət qoyuldu

Monqolustanın Dornod vilayətində dabaq xəstəliyi qeydə alınıb.

AQTA-dan verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Monqolustanın Dornod vilayətindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın  idxalına, həmçinin, tranzit daşınmasına məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Monqolustandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

 

Son xəbərlər
Digər xəbərlər