4 C
Baku
Sunday, December 4, 2022

Bu ölkələr AES-lə bağlı razılığa gəldilər

ABŞ və Polşa Atom Elektrik Stansiyası ilə bağlı razılığa gəliblər.

Bu haqda Polşanın Baş naziri Mateuş Moravietski tviter hesabından açıqlama verib.

ABŞ-ın energetika naziri Cennifer Qranholm ilə görüşünə toxunan Moravietski nüvə enerjisi üçün “Westinghouse” ilə razılığa gəldiklərini bildirib. Qranholm Polşanın 40 milyard dollarlıq nüvə layihəsinin birinci hissəsi üçün Varşava ilə razılaşma əldə edildiyini də bildirib.

Sözügedən layihənin 100 mindən çox amerikalıya iş imkanı yaradacağını qeyd edən Qranholm bu layihənin enerji təhlükəsizliyi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

O, nüvə enerjisi razılaşmasının Rusiyaya da bir mesaj olduğunu deyib:

“Onların artıq enerjini silahlandırmasına icazə verməyəcəyik. Qərb bu yersiz təcavüzə qarşı birlikdə dayanarkən, eyni zamanda enerji tədarük zəncirlərini şaxələndirəcək və iqlim sahəsində əməkdaşlığı gücləndirəcək”.

Atom elektrik stansiyasının tikintisinə 2026-cı ildə başlanacaq və ilk reaktorun 2033-cü ildə işə salınması gözlənilir.

Son xəbərlər
Digər xəbərlər
X